CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadənin son durumu açıqlandı

Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb
Sputnik

BAKI, 24 iyun — Sputnik. "Əməkdar artisti Bəhram Bağırzadənin səhhətində cüzi yaxşılaşma var”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, hazırda B.Bağırzadənin səhhəti stabil, kritik ağır olaraq qalır.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.