RUSİYA

Putin: Rusiya pandemiyanın ən təhlükəli dövrünü keçdi

Rusiya özünü itirmədi: insanlar real təhlükəni anladılar və həddən artıq mürəkkəb çağırışa cavab verə bildilər
Sputnik

BAKI, 23 iyun – Sputnik. Rusiya koronavirus pandemiyasının ən təhlükəli dövrünü uğurla arxada qoydu. Sputnik Azrbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iyulun 23-də rusiyalılara müraciəti zamanı bəyan edib.

Rusiyada koronavirusa yoluxanların sayı 600 minə yaxınlaşır

“Müasir dünya bir-biri ilə sıx bağlıdır, deməli, təhlükədən özünü tam qorumaq obyektiv olaraq mümkün deyil. Tez və ya gec olmasından asılı olmayaraq xəstəlik bizim sərhədlərimizi keçəcək, bizim evimizə daxil olacaq. Bu, baş verəndə, biz mütəxəssislərin tövsiyələrinə əsaslanaraq, indiyə qədər heç bir zaman etmədiyimizi etdik. Biz bütün ölkə üzrə ümumilikdə bir aydan çox qeyri-iş günləri elan etdik. Vəziyyətin sonrakı inkişafı göstərdi ki, bunu vaxtında və əsaslandırılmış şəkildə etmişik. Biz yenə də epidemiyadan vaxt oğurladıq və yenə ən əsas məsələyə nail olduq – insanların həyatını qoruya bildik” – Putin Rusiya vətəndaşlarına müraciətində qeyd edib.

Rusiya lideri vurğulayıb ki, ölkədə görülən tədbirlər epidemiyanı geri çəkilməyə məcbur etsə də, virus əvvəlki kimi təhlükəlidir.

“Ümumilikdə biz epidemiyanı geri çəkilməyə məcbur edirik, vəziyyətin dəyişməsinə nail oluruq, amma virus əvvəlki kimi təhlükəlidir. Hələ də minlərlə insan hər gün xəstəliklə üzləşir” – Putin deyib.

O, bəyan edib ki, koronavirusa qarşı görülən tədbirlər nəticəsində vaxt udmaq və pandemiyanin pik nöqtəyə çatmasını 1,5-2 ay müddətinə uzatmaq mümkün olub.

“Biz ən əvvəldən gündəlik rejimdə vəziyyəti analiz edirdik, ekspertlərlə, alimlərlə birgə hadisələrin müxtəlif inkişaf variantlarını proqnozlaşdırırdıq, başa düşürdük ki, təhlükə yaxındadır. Çünki yoluxmanın iri ocaqları qonşuluqda, Rusiya sərhədlərinin yaxınlığında qeydə alınmışdı” – Putin deyib.

Azərbaycanda daha bir jurnalist ailəsi ilə koronavirusa yoluxdu

Prezident vurğulayıb ki, sərhəddə sanitar tədbirlərinin gücləndirilməsi sayəsində Rusiya birinci zərbəni dəf edə, epidemiyanın pik nöqtəsinin 1,5-2 ay müddətinə gecikdirə bilib.

Rusiya Prezidenti vətəndaşları ölkədə koronovirusun profilaktikası üçün həqiqətən də güclü vasitənin kütləvi istehsalına başlayana qədər diqqətli və ehtiyatlı olmağa çağırıb.

“Sizdən xahiş edirəm ki, biz koronovirusun profilaktikası üçün həqiqətən də güclü vasitənin kütləvi istehsalına başlayana qədər diqqətli və ehtiyatlı olmağı xahiş edirəm. Hazırda Rusiyanın 14 federal mərkəzində koronovirusdan vaksin hazırlanması üzərində iş gedir” – dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, ölkə həddən artıq mürəkkəb çağırışa cavab verə bilib. Onun sözlərinə görə, bir çox insanları vəziyyəti dəqiq, aydın başa düşmək, ancaq bir yerdə mübarizə aparmaq və qalib gəlməyin mümkünlüyünü anlamaq və ən əsası şeyin insan həyatı olduğunu təsəvvür etmək birləşdirib.

“Biz bu dəyərlərə əsaslanaraq fəaliyyət göstərirdik və buna görə də həddən artıq mürəkkəb çağırışa cavab verə bildik” – prezident vurğulayıb.

COVİD-19-la mübarizə üzrə Operativ Qərargahın son məlumatlarına görə, Rusiyada yoluxduğu müəyyən edilən şəxslərin sayı 599 min nəfəri keçib, onlardan 8 min 359 nəfəri ölüb, 356 min 429 nəfər sağalıb. Ölkədə 17,5 milyondan çox test aparılıb.

Ölkənin bir çox regionlarında epidemiya səbəbindən tətbiq edilmiş məhdudiyyətlər tədricən radan qaldırılır.

Rusiya koronavirusa yoluxanların sayına görə ABŞ (2,1 milyon) və Braziliyadan (1,1 milyon) sonra dünyada üçüncü yerdədir.