CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İli tamam olmamış başlayır: "sahibsiz" məkan yenə od içində - FOTO

Hər il Oğuzun Xaçmaz, Filfilli və digər dağətəyi kəndlərində yanğınlar olur və hektarlarla ərazi kül olur. Amma oraya bir sahib çıxan tapılmır ki, tapılmır...
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Bazar günü Oğuzun dağlıq ərazilərində gündüz saatlarından başlayan meşə yanğını axşam saatlarında ram edilsə də bazar ertəsi yenidən alovlanma olub və ərazisi genişlənib.

Sputnik Azərbacan-ın məlumatına görə, havanın küləkli olması alovu daha da şiddətləndirib. Kənd sakinlərinin sözlərinə görə, artıq üçüncü ildir ki, yay aylarında bilinməyən səbəblərdən Oğuz meşələrində yanğın baş verir. Bu, minlərlə heyvanın və quş cinsinin tələf olması ilə nəticələnir, ərazidə ekoloji tarazlıq pozulur.

İli tamam olmamış başlayır: "sahibsiz" məkan yenə od içində - FOTO

"Ən qəribəsi də  budur ki, hazırda yanan ərazinin bələdiyyəyə məxsus olduğu deyilsə də heç bir rəsmi qurum ərazinin ona aid olduğunu boynuna almır", - deyə kənd sakini Kamran Məmmədov Sputnik Azərbaycan-a bildirdi.

Onun sözlərinə görə, hazırda alovlara bürünən ərazi əslində kəndin vaxtı ilə ən bərəkətli torpaqları olub, lakin 1948-ci ildə sel nəticəsində bu ərazilər daşlıq olub. Hazırda isə keçilməz meşəliklərdir. İndi yanan ərazinin nə meşə idarəsi, nə bələdiyyə özünə məxsus olduğunu qəbul edir.

Sakinlər deyirlər ki, belə cıxır ki, ərazi sahibsizdir və heç bir dövlət qurumunun balansında deyil.

Hər il Oğuzun Xaçmaz, Filfilli və digər dağətəyi kəndlərində yanğınlar olur və hektarlarla ərazi kül olur. Bu gün küləkli hava, təxmini hesablamalara görə, 50 hektardan çox ərazini kül edib. Yanğını söndürmə işləri davam edir, kəndlilər əllərində bel-kürək meşələri alovdan qurtarmağa çalışırlar.