İQTİSADİYYAT

Karantin dövründə qəribə tələb: Banklar dollar istəyir

Hərracda tələb 33,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. İyunun 18-də keçirilən hərracda tələb 26,9 mln. ABŞ dolları təşkil edib
Sputnik

BAKI, 23 iyun — Sputnik. 23 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 33,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, iyunun 18-də keçirilən hərracda tələb 26,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, ötən hərraca nisbətən bugünkü hərracda dollara tələb artıb.