MƏDƏNİYYƏT

Birinci skripkaçımızdan inanılmaz ifa: Məşhur filmin soundtrekini ifa etdi – VİDEO

Ceyla Seyidova skripkada indiyədək məşhur olan rejissor Sercio Leonenin köhnə Amerika filmindən məşhur kompozisiyasını ifa edib.
Sputnik

BAKI, 23 iyun — Sputnik, Kəmalə Əliyeva. Facebook sosial şəbəkəsinin istifadəçiləri azərbaycanlı skripkaçı Ceyla Seyidovanın ifasında Amerikanın məşhur "Bir dəfə Amerikada" kriminal filminin soundtrekinə heyran qalıblar.

Sputnik Azərbaycanı-n məlumatına görə, koronavirus pandemiyası səbəbindən Azərbaycanda elan edilmiş karantinlə əlaqədar bir çox musiqiçilər, o cümlədən Seyidova tez-tez sosial şəbəkələrdəki səhifələrində dünya bəstəkarlarının yaradıcılığına müraciət edirlər. Lakin "Bir dəfə Amerikada" adlı məşhur filmin soundtrekinin azərbaycanlı skripkaçı tərəfindən ifası dinləyicilərin xüsusi reaksiyasına səbəb olub.

"Baxdım, qulaq asdım və "Bir dəfə Amerikada" filmindən kiçik bir parçanı ifa etməyə bilmədim. Möhkəmlənirik, ruhən özümüzü ayaqda saxlayırıq və yenidən karantin rejiminə daxil oluruq. Hamıya səbr və ən əsası - sağlamlıq arzulayıram!", - Seyidova Facebook səhifəsində yazıb.

"Bir dəfə Amerikada" - 1984-cü ildə ekranlara çıxmış və qismən Harri Qreyin avtobioqrafik əsərinə əsaslanan rejissor Sercio Leonenin filmidir. XX əsrin əvvəllərində Nyu-Yorkun yəhudi məhəlləsində görüşmüş, ABŞ-da oğru qanunları dövründə varlanmış bir neçə gangster və butlegerin dostluq və satqınlıq tarixi baş qəhrəmanın xatirələri vasitəsilə canlandırılıb. Filmdə baş rolu Robert De Niro oynayıb. Bu film IMDb saytının versiyasına görə ən yaxşı yüz filmin siyahısına daxildir.

Ceyla Seyidova prezident təqaüdçüsüdür, "Azərbaycanın gənc istedadlarının Qızıl kitabı"na daxildir. 2017-ci ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib və hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərir. Azərbaycanın Dövlət Simli Kvartetinin birinci skripkasıdır.