İQTİSADİYYAT

Azərbaycan nefti neçəyə satılır?

"Brent" markalı neftin qiyməti 0,19 dollar bahalaşaraq 43,27 dollara, "Light" markalı neftin qiyməti isə 0,22 dollar artaraq 40,95 dollara satılır.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti dəyişməyib.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti dəyişməyərək 43,94 dollar olub.

Qeyd edək ki, hazırda dünya bazarında "Brent" markalı neftin qiyməti 0,19 dollar bahalaşaraq 43,27 dollara, "Light" markalı neftin qiyməti isə 0,22 dollar artaraq 40,95 dollara satılır.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.