CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musa Quliyev: “Maska taxmayan insanlar cəzalanmalıdırlar”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyir ki, qayda pozuntuları və cərimələr barədə hər gün ictimaiyyət məlumatlandırılmalıdır
Sputnik

“Polis maska taxmayan insanları cəzalandırmaqda daha da fəal olmalıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Xüsusən də metroda və ictimai nəqliyyatda qanunu pozan insanları cəzalandırmağa başlamaq və bu istiqamətdə real tələbləri yerinə yetirmək lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah qayda pozuntuları və cərimələr barədə hər gün ictimaiyyəti məlumatlandırmalıdır”, – deyə deputat bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə maskadan istifadə etməyən fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər.

Musa Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz