CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus Milli Məclisin işinə pəl vurdu

Deputatlardan koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah bəlli olacaq
Sputnik

BAKI, 22 iyun — Sputnik. İyunun 21-də deputatlardan koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar iclasının tarixi dəyişdirilib. Plenar iclasın keçirilmə tarixi ilə bağlı məlumat veriləcək.