CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir jurnalist ailəsi ilə koronavirusa yoluxdu

"Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında "buzlu şüşə" aşkarladı"
Sputnik

BAKI, 22 iyun — Sputnik. “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də koronavirusa yoluxduğunu bəyan edib. Sputnik Azərbaycan-a bu barədə məlumat verən İ.Quliyev bildirib ki, ailə üzvləri də COVID-19-a yoluxublar: "Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşulduq. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında "buzlu şüşə" aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!” - deyə İlham Quliyev vurğulayıb.