BAKI, 22 iyun — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") koronavirusdan müalicə alan xəstələrə laqeyd münasibət göstərilməsi məsələsinə münasibət bildirib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, hazırda həmin görüntülər araşdırılır:
"Araşdırma nəticələrilə bağlı müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, yayılan görüntülərdə KTM-də müalicə alan xəstə gün ərzində cəmi bir ədəd üzəri çin dilində yazılı olan adi qrip əleyhinə olan dərman preparatı verildiyini və həkimlərin maraqlanmadığını, ümumiyyətlə həkim üzü görmədiyini iddia edir.