BAKI, 22 iyun — Sputnik. Birləşmiş Ştatların maliyyə holdinqi "JPMorgan Chase" neftin bir barelinə görə, qiymətin 190 dollara qədər qalxa biləciyini açıqlayıb. Sputnik AzərbaycanCNN-ə istinadən xəbər verir ki, holdinq martın əvvəlində yayımladığı və diqqətləri çəkməyən hesabatında neft qiymətlərinin "supertsiklə" daxil olacağını bildirib.
Hesabatda qeyd olunur ki, neft qiymətləri 2025-ci ilə qədər bir barel üçün 190 dollara qədər arta bilər.
Bu ilin aprel ayında neft qiymətlərinin kəskin düşdüyü bir vaxtda ("Brent" markalı neft bir barel üçün 15,98 dollara, "WTI" markalı neft isə bir barel üçün -40 dollara satılırdı) üç böyük neft istehsalçısı – AB, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını kəskin şəkildə azaldıblar. Bu azalma neftin qiymətinə yenidən "can" verib.
Neftə tələbat aşağı səviyyədə qalsa da, "JPMorgan" gələcəkdə, neft qiymətlərində supertsiklin olacağını proqnozlaşdırır. Qeyd olunur ki, tədarüklər həyata keçirilmir və gələcəkdə sənaye sahələri çatışmazlıqla qarşılaşa bilərlər.
"Reallıq bundan ibarətdir ki, neft qiymətlərinin 100 dollara çatacağı ehtimalı üç ay bundan əvvələ nisbətdə daha inandırıcıdır", - deyə JPMorgan-ın Avropa, Yaxın Şərq və Afrikada neft və qaz sahəsində araşdırmalar üzrə rəhbəri Kristina Malek bildirib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,21% azalaraq 1 barelə görə 42,10 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,33% azalaraq 39,70 dollar təşkil edib.