MƏDƏNİYYƏT

Murad Arif "Popumuz var"ı efirə daşıdı

İki il öncə Murad Arif bu proqramın heç bir televiziyada yayımlanmasını istəməsə də bu dəfə fikrindən daşınıb.
Sputnik

BAKI, 22 iyun — Sputnik. Aparıcı-bəstəkar Murad Arif ölkə şou-biznesinə səs salan "Popumuz var" adlı internet-layihə artıq televiziyada yayımlanır. Sputnik Azərbaycan xəbər verir ki, avtomobil idarə edərək ölkə tanınmışları ilə həmsöhbət olunan veriliş dünən "İctimai" TV-də ilk efir üzü görüb. Proqramın TV-dəki ilk qonağı Respublikanın Əməkdar artisti Bəhram Bağırzadə olub.

Qeyd edək ki, "Popumuz var" verilişinin yaş həddi +18-dir. Proqramda TV verilişlərinə xas olmayan sərbəstlik və açıqsözlülük var. İki il öncə Murad Arif bu proqramın heç bir televiziyada yayımlanmasını istəməsə də, bu dəfə fikrindən daşınıb.