RUSİYA

Rusiyada daha 8 minə yaxın yoluxma aşkarlandı

Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 680 nəfərə çatıb.
Sputnik

BAKI, 21 iyun – Sputnik. Rusiyada son sutka ərzində daha 7728 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sputnik Azərbaycan-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 680 nəfərə çatıb.

Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8111 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 339 711 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.