RUSİYA

Putin növbədi dəfə prezidentliyə namizəd olacağını istisna etməyib

“Mən hələ heç bir qətrar qəbul etməmişəm. Bunun mümkün olacağını istisna etmirəm. Konstitusiyada bu nəzərdə tutulsa, namizəd olmaq olar. Baxarıq” - Rusiya Prezidenti
Sputnik

BAKI, 21 iyun – Sputnik. Rusiya prezidenti Vladimir Putin Konstitusiya dəyişiklikləri qəbul edilərsə prezidentliyə namizəd olacağını istisna etməyib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Putin bunu “Rossiya 1” televiziya kanalının efirində deyib: “Mən hələ heç bir qətrar qəbul etməmişəm. Bunun mümkün olacağını istisna etmirəm. Konstitusiyada bu nəzərdə tutulsa, namizəd olmaq olar. Baxarıq”.

Konstitusiyaya dəyişikliklərlə bağlı Ümumrusiya səsverməsi iyulun 1-nə təyin olunub. Səsvermə əvvəlcə aprelin 22-nə nəzərdə tutulsa da, dünyanı ağuşuna alan koronavirus pandemiyası səbəbindən təxirə salınıb.