BAKI, 21 iyun – Sputnik. Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.
Qeyd edək ki, dünən deputat Sahib Alıyev koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.