Gürcüstan seçki sistemini dəyişir – Parlament proporsional sistemi təsdiqlədi

Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.
Sputnik

BAKI, 21 iyun – Sputnik. Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.

Sputnik Gürcüstan xəbər verir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib, onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.

Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.

Mövcud sistemdən fərqli olaraq, parlamentdə yerlərin partiyalar arasında bölünməsi yeni formula üzrə hesablanacaq. Bu formula proporsional seçkilərin nəticəsinə üstünlük verəcək.