HADİSƏ

Bakıda güclü yanğın: Taxta sexi və iki evin damını yandı - VİDEO

Ümumilikdə 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.
Sputnik

BAKI, 21 iyun – Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Təxminən saat 16:32-də yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ümumilikdə 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.