BAKI, 21 iyun – Sputnik. Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.