CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SMS-lə bağlı daha bir xəbərdarlıq - Şəxsi avtomobillərə də...

"Sms icazəsini karantin postuna çatanda almamalıdır. Əks halda, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki karantin postlarında polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcəklər"
Sputnik

BAKI, 20 iyun — Sputnik. Karantin günlərində SMS-lərin alınması bardə vətəndaşlara xəbərdarlıq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, vətəndaş evdən çıxarkən icazəsi olmalıdır: "Sms icazəsini karantin postuna çatanda almamalıdır. Əks halda, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki karantin postlarında polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcəklər".

K.Əliyev həmçinin qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobilindən istifadəsinə icazə veriləcək. O bildirib ki, avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur.