RUSİYA

Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini keçdi

Rusiyada pandemiya yayılandan 8002 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10185 nəfər olub
Sputnik

BAKI, 20 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7889 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 161 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 576965-ə çatıb. Rusiyada pandemiya yayılandan 8002 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10185 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 334592 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8,5 milyonu keçib, 460 mindən çox adam isə virus səbəbilə ölüb.