CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlardan Bakıya gedənlər ailə üzvlərini apara bilməyəcəklər?

21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq
Sputnik

BAKI, 20 iyun — Sputnik. Paytaxtdan icazə ilə rayonlara gedənlər özləri ilə icazəsi olmayan ailə üzvlərini apara bilməzlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, mütləq avtomobildəki ailə üzvlərinin də icazəsi, ezamiyyət sənədi olmalıdır. K.Əliyev həmçinin qeyd edib ki, ezamiyyət sənədi ilə rayonlara gedənlər uşaqlarını da özləri ilə apara bilməzlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq.