CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Külək Tovuzda damları uçurdu, rayonu qaranlığa qərq etdi

Təbiət hadisəsi nəticəsində binaların dam örtükləri avtomobilərin üzərinə aşıb, iri gövdəli ağaclar qırılaraq yollarda hərəkətə maneə yaradıb
Sputnik

BAKI, 20 iyun — Sputnik. Tovuzda güclü külək fəsadlar törədib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bir neçə dəqiqə bundan əvvəl rayon ərazisində güclü külək əsib.

Təbiət hadisəsi nəticəsində binaların dam örtükləri avtomobilərin üzərinə aşıb, iri gövdəli ağaclar qırılaraq yollarda hərəkətə maneə yaradıb.

Hazırda güclü külək davam edir, elektrik enerjisinin verilməsi dayandırılıb.