CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmuş icra başçısının müavini dünyasını dəyişdi

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib.
Sputnik

BAKI, 20 iyun — Sputnik. Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu barədə onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Edilən müalicələrə baxmayaraq, gecə saat 01:45-də dünyasını dəyişdi".