BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasından sonra dünya nizamında aparıcı rol oynayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yaponiyalı politoloq, professor İtsuro Nakamura bildirib.
Nakamuranın sözlərinə görə, Putinin əsas hədəfi Rusiya, ABŞ və Çini bir araya gətirməkdir: "Prezident Putin hazırda bir-birinə qarşı çıxan Çin və ABŞ-ı birləşdirməkdədir. "Koronadan sonra" dünya nizamında aparıcı rol Putinin əlində olacaq".
O izah edib ki, Rusiya lideri anlayır ki, ondan başqa heç kim Pekin və Vaşinqtonu barışdıra bilməz. Yapon politoloqun sözlərinə görə, Putin ABŞ və Çin arasında münasibətlərin normallaşmasına yardım etməklə öz nüfuzunu artıra bilər. Ona görə də ABŞ və Çin arasında qarşıdurma onun lehinədir".