Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, sabahdan etibarən karantin rejimi sərtləşdirilən ərazilər 9 rayon və şəhərdən biri də paytaxt Bakıdır. Bəs görəsən, iki həftəlik karantin rejimində Bakıda ictimai nəqliyyatın hərəkəti necə tənzimlənəcək?
Sputnik Azərbaycan-ın sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hələ ki nəqliyyatın fəaliyyətində hər hansı dəyişiklik nəzərdə tutulmur. O bildirib ki, sərnişin daşıyan avtobuslar adi günlərdə olduğu kimi fəaliyyətlərini davam etdirəcək.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.