CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət İmtahan Mərkəzi imtahanlar üçün təyyarə sifariş etdi - Səbəb

"Vəziyyət hər gün dəyişir. Ola bilər ki, hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun".
Sputnik

BAKI, 20 iyun — Sputnik. Bu il ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında dəyişiklik nəzərdə tutulmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib. O deyib ki, qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib və əlavə dəyişikliklər gözlənilmir.

M.Abbaszadə həmçinin bildirib ki, xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirmək nəzərdə tutulub: "Vəziyyət hər gün dəyişir. Ola bilər ki, hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edən vaxt Operativ Qərargahdan icazə alırıq. Bir həftədən sonra Naxçıvanda buraxılış imtahanları keçiriləcək. Bunun üçün DİM-in şəxsi heyəti oraya getməlidir. Artıq bu məqsədlə təyyarə sifariş verilib”.