CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir imtahanın vaxtı açıqlandı

“Bakıda olan imtahanları avqust ayına daxil edəcəyik. Amma avqusta qədər çox vaxt var" - DİM rəhbəri
Sputnik

BAKI, 20 iyun — Sputnik. Rezidenturaya ərizə verənlərin sayı 1000 nəfəri keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə məlumat veirb. O bildirib ki, onların hər biri Bakıda imtahan verməlidir: “Bakıda olan imtahanları avqust ayına daxil edəcəyik. Amma avqusta qədər çox vaxt var. Real vəziyyəti dəyərləndirib dəqiq vaxt deyiləcək. Avqustda rezidentura imtahanları olacaq. Heç bir problem olmayacaq”.