CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurumlara tövsiyə: icazə verdiklərinizin sayı az olsun

“SMS icazə və icaze.e-gov.az sistemlərinin fərqi var. İcaze.e-gov.az  icazə sistemi yalnız işə gedib-gəlmək üçündür"
Sputnik

BAKI, 20 iyun — Sputnik. “İcaze.e-gov.az portalı fəaliyyətinə icazə verilən təşkilatların, dövlət və özəl sektorun, şirkətlərin əməkdaşlarına icazə alınması üçündür. Bu əməkdaşların sayının məhdud olması arzuolunandır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, “SMS icazə və icaze.e-gov.az sistemlərinin fərqi var.  İcaze.e-gov.az  icazə sistemi yalnız işə gedib-gəlmək üçündür! SMS icazə isə vətəndaşlar üçündür. 8103 nömrəsinə müvafiq kodları göndərməklə, vətəndaşlar icazə alıb, qeyd olunan bəndlərə uyğun müddət ərzində yaşayış yerlərini tərk edə bilərlər".