CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadə əslində haradadır? - Səs yazısını şərh etdilər

Gömrük Hospitalı Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib. Xanımı isə sağlıq durumunu açıqlayıb.
Sputnik

BAKI, 20 iyun — Sputnik. “Bu günlərdə sosial şəbəkələrdə yayılan səs yazısı insanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin 10 gün əvvəl dostlarına ünvanladığı bu səs yazısında o, vəziyyətinin yaxşı olduğunu bildirir. Xatırladaq ki, bu mesaj yazılarkən hələ Bəhram Bağırzadə koronovirus testindən təzə keçmişdi və testin nəticəsi müsbət çıxmışdı”.

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilara Zamanova deyib.

D.Zamanovanın sözlərinə görə, ilk günlər vəziyyəti stabil olsa da, iyunun 13-də xəstənin vəziyyəti kəskin pisləşib və o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib: “Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Çaşqınlıq yaradan və insanları koronavirusun bir oyun, şou olduğuna inandırmağa çalışan bir qrup insanın bu cür hərəkətləri kəskin ictimai qınaqla qarşılanmalıdır. Belə ki, Azərbaycan hökumətinin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə əngəl yaradır”.

Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə isə bu gün deyib ki, onun səhhəti yenə də eynidir: “Təəssüf ki, səhhətində heç bir yaxşılaşma yoxdur, vəziyyəti stabildir, eynən ağır olaraq qalır”.