BAKI, 20 iyun — Sputnik. Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən Dövlət İmtahan Mərkəzinin Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.
Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla, saat 09:30-dan 17:00-dək həyata keçirilir. Bundan əlavə, vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin, məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.