BAKI, 20 iyun — Sputnik. Tailandda körfəz sahilindəki təhlükəli təbiət hadisəsi kameralara düşüb. Videonu Daily Mail paylaşıb.
Ölkənin şərqində yerləşən Çonburi əyalətində, Siam körfəzində çəkilən görüntülərdə tornadonun sahilə doğru irəlilədiyi an çimərlikdə insanların dincəldikləri görünür.