FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: brazilyasayağı etiraz, bəsrəli bəxtəvər, karton ev

Sputnik

Ötən həftə bir sıra hadisələrlə yadda qaldı. Braziliyada ölkə Prezidenti Jair Bolsonaru əleyhinə kütləvi protestləri elə onun dəstəkləyən mitinqlər əvəzlədi. Əlbəttə ki, bu kütləvi çıxışlar yerli koloritsiz, musiqi və rəqslərsiz ötüşmədi.

Əvvəlkitək koronavirus pandemiyası mövzusu da dünyada aktualdır. Bəzi ölkələrdə təhlükə azaldıqca karantin yumşaldılır, bəzilərində isə, əksinə, xəstələnənlərin sayı artır. Ötən həftə Pekində yeni alovlanma qeydə alındı: virusun yayılmaması üçün şəhərdə təcili surətdə məhdudlaşdırıcı tədbirlər görüldü.

Ötən həftə dünyanın necə yaşadığını yada salmaq üçün onun müxtəlif guşələrində çəkilən şəkillərə baxmağı təklif edirik. Dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotolar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 18
Sietldə etiraz aksiyaları zamanı qadın arabanı itələyir, ABŞ.
2 / 18
Bali adasında Padanqbay limanında qayıq.
3 / 18
Banqladeşin paytaxtı Dəkkədə qoruyucu geyimdə olan bərbərlər.
4 / 18
Ekspertlər başda Kusko qubernatoru Jan Pol Benavente olmaqla "inklərin itirilmiş şəhəri" Maçu-Pikçuda.
5 / 18
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Çəhrayı bağında polis sistemində islahatlara dair sənədi imzaladıqdan sonra.
6 / 18
Hollivud bulvarında komiks qəhrəmanlarının geyimində olan küçə artistləri.
7 / 18
Rio-de-Janeyroda Braziliya Prezidentinə qarşı etiraz aksiyalarının iştirakçıları.
8 / 18
Braziliyada etirazlar zamanı ölkə prezidentinin tərəfdaşı və polis işçisi.
9 / 18
Livanda etirazçılar ölkənin simvolik dəfn mərasimində iştirak edirlər.
10 / 18
Venlin vağzalında partlayışdan sonra mənzərə, Çin.
11 / 18
Honqkonqda attraksionun arxasında göy qurşağı.
12 / 18
Cakartada səyyar laboratoriyada tibb işçiləri, İndoneziya.
13 / 18
Kaliforniyada "Inspire South Bay Fitness" klubunda xüsusi şəffaf bokslarda məşq prosesi.
14 / 18
Kəlküttə şəhərində topdansatış boru bazarında tibbi maskada olan fəhlələr, Hindistan.
15 / 18
Mumbayda tibbi maskada olan qadın qraffitinin yanından keçir, Hindistan.
16 / 18
Fransanın Nant şəhərində etirazçı polisin su şırnağından qorunmaq üçün vedrədən istifadə edir.
17 / 18
Balıqçı İraqın Bəsrə şəhərində Şatt-əl-Ərəb çayında tor atır.
18 / 18
Havanada karton konstruksiyada koronavirusdan qorunan qadın, Kuba.