SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fikrət Sadıxov: “İrana münasibətdə yumşalma müşahidə edilə bilər ”

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana münasibəti Ağ Evin konseptual mövqeyidir
Sputnik

ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nizamnaməsinə zidd hərəkətləri İranın nüvə proqramı fəaliyyətinin nizamlanması prosesini pisləşdirir. Bunu İranın BMT-nin Vyanadakı müəssisələrindəki daimi nümayəndəsi Kazım Qaribabadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin onlayn iclasında deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-İran münasibətlərindəki gərginlik təkcə nüvə proqramı fəaliyyəti ilə bağlı deyil: “Bu, Ağ Evin konseptual mövqeyidir. ABŞ İranın xarici siyasətindən narazıdır. Ona görə də, iki ölkə arasıdakı problemlər yaxın gələcəkdə həll edilməyəcək. Əgər Co Bayden ABŞ-ın yeni prezidenti olarsa, bu məsələdə yumşalma müşahidə edilə bilər”.

Qeyd edək ki, ABŞ İranla nüvə proqramı üzrə sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz