BAKI, 19 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarının ləğvi barədə mediada yayılan məlumatlara münasibət bildirib.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir: "Bildiririk ki, ötən gün tərəfimizdən xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib. Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək".