CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".
Sputnik

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət həyata keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Cinayət Məcəlləsinə dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 47.2-1-ci maddə əlavə edilir:

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.