İQTİSADİYYAT

Azərbaycan nefti "fontan vurur" - Qiymət 43 dollara çatır

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 41,91 dollar, "Light" markalı neftin qiyməti isə 0,37 dollar bahalaşaraq 39,21 dollar olub
Sputnik

BAKI, 19 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,82 dollar artaraq 42,86 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 41,91 dollar, "Light" markalı neftin qiyməti isə 0,37 dollar bahalaşaraq 39,21 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.