RUSİYA

Sağalanlar yoluxanların sayını keçdi: Rusiyada koronavirusla bağlı müsbət tendensiya

Rusiyada pandemiya yayılandan 7841 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10443 nəfər olub
Sputnik

BAKI, 19 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7972 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 181 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 569063-ə çatıb. Rusiyada pandemiya yayılandan 7841 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10443 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 324 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8,5 milyonu keçib, 454 mindən çox adam isə virus səbəbilə ölüb.