BAKI, 18 iyun — Sputnik. Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Həmçinin 21 iyun saat 00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhəri üzrə ciddi karartin rejimi tətbiq olunacaq.