BAKI, 18 iyun — Sputnik. Binədə 33 yaşlı kişi dənizdə batıb. Sputnik Azərbaycan Xəzər Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımov ötən gün saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi "Mayak" çimərliyində dənizdə üzərkən boğularaq ölüb.
Prokurorluq əməkdaşları tərəfindən dərhal hal şahidlərinin iştirakı ilə meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTEPAB-nın Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.
Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.