CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahanların taleyi necə olacaq?

21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq
Sputnik

BAKI, 18 iyun — Sputnik. "İyunun 24-25-də keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı məsələ Operativ Qərargahda müzakirə olunub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, buraxılış və qəbul imtahanlarının təxirə salınması qərara alınıb:

“Buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək. Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq.