BAKI, 18 iyun — Sputnik. Bu gün səhər saatlarında Baksol yolunda iri diametrli kollektor partlayıb. Çirkab suları ətrafa yayılıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, hazırda çökmüş hissədə iş aparılır. Çökən əraziyə yeni dəmir borular yerləşdirilir", - deyə o vurğulayıb.
Xatırladaq ki, ərazidə diametri 1200 millimetr olan yüksək təzyiqli kanalizasiya xətti keçir. Qəza kanalizasiya kollektorunda baş verib.