Merkel Çinə münasibətdə vahid siyasət yürütməyə çağırdı

Strateji tərəfdaş olan Çinə münasibətdə Avropanın 27 iştirakçı ölkəsinin vahid səslə danışması önəmlidir, çünki yalnız bu halda biz əminliklə Avropa dəyərlərimiz və maraqlarımız çərçivəsində çıxış edə bilərik
Sputnik

BAKI, 18 iyun — Sputnik. Avropa İttifaqı Çinə qarşı vahid siyasət yürütməli, dəyərlərini Pekinə çatdırmaq üçün vahid səslə danışmalıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı bildirib.

"Strateji tərəfdaş olan Çinə münasibətdə Avropanın 27 iştirakçı ölkəsinin vahid səslə danışması önəmlidir, çünki yalnız bu halda biz əminliklə Avropa dəyərlərimiz və maraqlarımız çərçivəsində çıxış edə bilərik. Avropanın Çinlə münasibətləri bizim quruma sədrliyimiz dövründə əsas məsələlərdən biri olacaq. Koronavirus pandemiyası ilə bağlı sentyabrın 14-ü Aİ-Çin sammitini təxirə salmaq qərarı olduqca çətinliklə verildi. Əminəm ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə və Çinin sədri Si Cin Pinlə bu sammiti daha sonra keçirəcəyik", - deyə Merkel qeyd edib.