HADİSƏ

Yolda dəhşətli faciə - Yük maşını kişinin üstündən keçdi

1962-ci il təvəllüdlü Rəhman Bəkir oğlu Abdurrəhmanov idarə etdiyi "Hova" markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevi vurub.
Sputnik

BAKI, 17 iyun – Sputnik. Ucarda yük maşını piyadanı vurub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Rəhman Bəkir oğlu Abdurrəhmanov idarə etdiyi "Hova" markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevi vurub. Yük maşını daha sonra piyadanın üstündən keçib.

Ə. Quliyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.