RUSİYA

Rusiya şoklara hazır olmalıdır – Medvedev gərgin vəziyyət barədə

Medvedevin fikrincə, dünyada hazırkı əlverişsiz vəziyyət bir və ya bir neçə ölkədə yeni maliyyə böhranına səbəb ola bilər ki, bu da Rusiyanın maliyyə və valyuta bazarlarına təsir edə bilər.
Sputnik

BAKI, 17 iyun — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev hesab edir ki, 2020-ci ilə nisbətdə 2021-ci ildə bir və ya bir neçə xarici ölkədə yeni maliyyə böhranın olması ehtimalı daha yüksəkdir. Bununla bağlı Rusiya xarici şoklara və ixrac mallarına tələbatın azalması ehtimallarına hazır olmalıdır.

Dünya terrorizmində Rusiya "izi" sezdilər - iki nəhəngin arasında seçki uçurumu

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Rusiya qlobal siyasətdə" jurnalı yayıb.

Medvedevin fikrincə, dünyada hazırkı əlverişsiz vəziyyət bir və ya bir neçə ölkədə yeni maliyyə böhranına səbəb ola bilər ki, bu da Rusiyanın maliyyə və valyuta bazarlarına təsir edə bilər.

O, həmçinin iqtisadiyyatın bərpası üçün anti-böhran planının vacibliyini qeyd edərək bildirib ki, pandemiya faktoru istənilən iqtisadi proseslərin proqnozlaşdırılmasını çətinləşdirir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu keçib, 446 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.