Metropolitenin xidmət rəisi qəflətən vəfat edib - FOTO

QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev həyatının itirib. İlkin ehtimala görə, o, ürəktutmadan ölüb.
Sputnik

BAKI, 17 iyun — Sputnik. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Metropolitenin xidmət rəisi qəflətən vəfat edib - FOTO

O bildirib ki, QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev həyatının itirib: “İlkin ehtimala görə, o, ürəktutmadan ölüb. Dünən bütün gün bir yerdə olmuşuq. Bu gün səhər efirə çıxmalı idi”.