SƏHİYYƏ

Azərbaycanda 7 nəfər koronavirsudan vəfat edib, daha 329 yoluxan aşkarlanıb

Hazırkı dövrədək ölkəmizdə 10 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb. 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Sputnik

BAKI, 17 iyun – Sputnik. Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Bununla da ölənlərin ümumi sayı 133 nəfərə çatıb.