CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTv-də daha bir kadr işdən kənarlaşdırıldı

Mübariz Aslanov Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edib: "Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki... elin və zamanın gözü də tərəzidir”
Sputnik

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad edilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mübariz Aslanov Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edib: "Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki... elin və zamanın gözü də tərəzidir”.

Qeyd edək ki, M.Aslanov AzTV-nin sədri Rövşən Məmmədovun əmri ilə şöbə müdiri təyin olunmuşdu.