RUSİYA

Zərifin İstanbuldan sonra Moskva səfəri - iki nəfər üçlüyü müzakirə edəcək

Qeyd edək ki, İranın Xarici İşlər naziri ötən gün İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirmişdi.
Sputnik

BAKI, 16 iyun — Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İstanbula səfərindən sonra Rusiya paytaxtı Moskvaya gedib. Sputnik Azərbaycan xəbər verir ki, İran XİN rəhbəri Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirəcək.

Məlumata əsasən, görüş zamanı onlar ikitərəfli, həmçinin regional və beynəlxalq münasibətləri müzakirə edəcəklər.

Görüş zamanı Suriyadakı durum, həmçinin koronavirus pandemiyası ilə bağlı təxirə salınan "Astana üçlüyü" (Rusiya, İran, Türkiyə) sammitinin təşkili məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, İranın Xarici İşlər naziri ötən gün İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirmişdi.