CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəl video ilə gündəmə gəlmişdilər, indi isə millət "qəhrəmanlarını" üzdən tanıyır

Obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər
Sputnik

BAKI, 16 iyun — Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.

Əvvəl video ilə gündəmə gəlmişdilər, indi isə millət "qəhrəmanlarını" üzdən tanıyır

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.