RUSİYA

Orada təhlükə azalmır: bir gündə 200-dək adam itirdilər

Rusiyada pandemiya yayılandan 7284 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9767 nəfər olub
Sputnik

BAKI, 16 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8248 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 193 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 545458-ə çatıb. Rusiyada pandemiya yayılandan 7284 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9767 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 294306-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8 milyonu keçib, 431 mindən çox adam isə virus səbəbilə ölüb.